Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib - VİDEO+FOTO
Oxunub: 15015
13:36
10 Noyabr 2019
Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, fərdi və qrup halında normativlərin götürüldüyü yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
Yarışın ümumi nəticələrinə əsasən özüyeriyən tank əleyhinə raket kompleksi batareyası birinci olub.