Xidmətdən
Ordu.az-a verilən məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev əsgərləri bayram münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Azərbaycanda aparılan ordu quruculuğu və hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, əsgər və zabitlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən böyük işlərin görüldüyünü diqqətə çatdırıb.

Qeyd edib ki, qısamüddətli aprel döyüşləri Azərbaycan ordusunun gücünün göstəricisi olub. N saylı hərbi hissənin komandiri Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirib və hərbi hissənin fəaliyyəti barədə məlumat verib. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları hərbiçilərlə nahar süfrəsində səmimi söhbət ediblər. Sonda əsgərlərə bayram sovqatı paylanıb.
Ordu.az