Ordu.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə sağlamlığını itirən Qarabağ müharibəsi veteranları Dövlət Bayrağı Günü münasibətilə avtomobillərlə yürüş ediblər. Bununla onlar həm də “Qarabağ Azərbaycanındır və nida işarəsi” kampaniyasına qoşulublar.
“Qarabağa doğru yürüş” kampaniyasına veteranlar ölkənin 3 istiqamətindən dəstək veriblər. Aksiyaya qatılan cənub bölgəsinin müharibə iştirakçılarının start nöqtəsi Biləsuvar olub. Üçrəngli dövlət bayrağımızla bəzədilmiş avtomobillərlə yola çıxan yürüş iştirakçılarının dayanacaq yeri Tərtər rayonu olacaq.
Aksiya burada təntənəli mərasimlərlə davam edəcək.

Daşqın Abdullayev
Ordu.az