Gələcəkdə əsgərlərin əvəzinə robotlar döyüşə bilərmi?

2019/11/45645-1573214979.jpg
Oxunub: 492     17:48     08 Noyabr 2019    
Ekspertlər getdikcə daha geniş tərkibdə robotların, yaxud ən azından qismən avtonom silah sistemlərinin müharibənin gələcəyini müəyyən edəcəyi fikri ilə razılaşırlar. İsrailin paytaxtı Təl-Əvivdəki Maariv Milli Təhlükəsizlik Konfransında bu məsələ, onun faydaları və mənfi tərəfləri barədə qızğın debatlar aparıldı.

İsrailin təqaüddə olan briqada generalı Eli Ben Meir robot və ya avtonom sistemlərin müharibələrin bir sıra əhəmiyyətli aspektlərini İsrail Müdafiə Qüvvələrinin əsgərlərindən alması trendinin qaçılmaz olduğunu bildirib. Onun sözlərinə görə, bu trendin bir pozitiv tərəfi daha az insan tələfatının yaşanacağıdır.

Konfransda “Rafael”in yarı-tank, yarı personal daşıyıcı vasitəyə inteqrasiya etdiyi avtonom silahlar sisteminin videosu təqdim edildi. Sistemin hazırda təkmilləşdirmə prosesində olduğu və sadəcə iki əsgər tərəfindən idarə edilməklə HƏMAS-la bütöv bir müharibə apara biləcəyi vurğulandı.

Ben-Meir bildirdi ki, robotlar və daha az əsgərlərlə aparılacaq döyüşlər qərarvericilərin nə vaxt və hansı miqyasda əməliyyat aparılacağına dair strateji dəyərləndirmələrini də dəyişə bilər. Onun sözlərindən çıxarılan nəticə budur ki, əgər bu gün qərarvericilər 500-1000 əsgərin itirilmə təhlükəsini nəzərə alaraq Qəzzanın dərinliklərinə doğru geniş əməliyyat aparmaqdan ehtiyat edirlərsə, gələcəkdə bunun daha az əsgər itkisi ilə mümkünlüyü belə bir əməliyyata imkan yarada bilər.

O, həm də rəqiblərin bir çoxunun İsrailin yüksək texnologiyasına qarşı aşağı keyfiyyətli texnologiya ilə mübarizə apardıqlarını da xatırlatdı. O, elə HƏMAS-ın ötən il şarlar və çərpələnglərdən ən yeni və yüksək texnologiyaya sahib İsrailə qarşı silah kimi istifadə etməsini diqqətə çatdırdı. Buna baxmayaraq, Ben-Meir son dövrlərdə texnologiyanın terrorçular üçün daha əlçatan olmasının ciddi təhdid olduğunu ifadə etdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsrail   Robot  

Gələcəkdə əsgərlərin əvəzinə robotlar döyüşə bilərmi?

2019/11/45645-1573214979.jpg
Oxunub: 493     17:48     08 Noyabr 2019    