Erməni KİV-lərinə görə, son günlər Paşinyanın reytinqi kəskin şəkildə azalıb və bu barədə müvafiq şəxslər ona məlumat verib. Cəmi bir il yarım əvvəl Serj Sarkisyanı reallıqdan uzaq olmaqda ittiham edən Paşinyan bu gün reytinqinin kəskin şəkildə azaldığını qəbul edə bilmir.
Paşinyan vəziyyəti yalnız dar çərçivədə müzakirə etməyə üstünlük verir və bu çərçivədə heç kim onun “ayranına turş” demir.
Yeri gəlmişkən, onun son canlı yayımı yalnız mütəxəssis və tələbələr deyil, həmçinin ictimaiyyətin əksəriyyəti tərəfindən kəskin şəkildə tənqidlərə səbəb olub.
Alpər Mövludoğlu
Ordu.az