Erməni şərhçi Aleksandr Sarkisyanın sözlərinə görə, ABŞ səfirliyinin bu açıqlaması çoxlarını təəccübləndirdi və son bir ildə mediada geniş yayılmış yanlış məlumat və manipulyasiyalara güclü bir zərbə oldu.
ABŞ səfirliyinin açıqlaması nə deməkdir?
Birincisi, Ermənistana edilən yardım nə az, nə çox 40%-dən çox artıb. Maraqlıdır ki, bu açıqlama ABŞ Nümayəndələr Palatası tərəfindən qondarma “erməni soyqırımı”nı tanıyan qətnamənin qəbul edilməsi fonunda verilib. Bu, son 20 ildə Ağ Ev tərəfindən əngəllənmiş bir proses idi, ancaq bu dəfə heç bir maneə yaradılmadı.
Bütün bunlar çətin ki, təsadüf sayıla bilər.
Alpər Mövludoğlu
Ordu.az