“Ermənistan Rusiyanın müstəmləkə təsirindən uzaqlaşır” – Avetisyan

2019/11/timth-1572953811.jpg
Oxunub: 7561     15:56     05 Noyabr 2019    
“Bu, Rusiyanın müstəmləkə təsirindən geridönməz şəkildə uzaqlaşan Ermənistan üçün böyük imkanlar yaradır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Sasna Tsrer” partiyasının (daha öncə silahlı qruplaşma – red.) idarə heyətinin üzvü Varujan Avetisyanın oktyabrın 29-da ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi təxribatçı qətnaməyə mənasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın müstəmləkə təsirindən geridönməz şəkildə uzaqlaşan Ermənistan üçün böyük imkanlar yaradır.

O qeyd edib ki, bu vəziyyətdə yeni təhlükəsizlik arxitekturasının yaradılması prosesində kiçik ölkələrin rolu böyüyən zaman Gürcüstanla strateji əlaqələr vacib əhəmiyyət qazanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avetisyan   Sasna-Tsrer   102-baza  


Bizi "telegram"da izləyin