Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini müvəqqəti həyata keçirən Eduard Martirosyan bildirib.
Bir neçə gün bundan öncə, “27 Oktyabr” cinayətinin 20 illiyi tamam olmamışdan bir qədər əvvəl Ermənistan parlamentinin deputatı Arman Babacanyanla terror qruplaşmasının rəhbəri Nairi Hunanyanın görüşündən sonra ictimai-siyasi sahədə işin yenidən açılması ilə bağlı müzakirələr aktivləşib.
Babacanyan bildirib ki, hazırda işin yenidən açılması ciddi problemlər yarada bilər. Ermənistanın sabiq Müdafiə naziri və Baş naziri Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyan da buna bəznər fikir səsləndirib. Onun fikrincə, hazırkı mərhələdə işin yenidən açılması etimadı ruhlandırmayacaq və bu, yalnız ədalətli məhkəmə sisteminə malik olmaq halında olmalıdır.
Ermənistan parlamentinin deputatı Azad Arşakyanın sözlərinə görə, Aram Sarkisyan prinsipcə haqlıdır.
“Çünki doğma qardaşıdır, vətən itkisindən başqa şəxsi itkisi də olub, o, öz pessimizmini danışır. Əsl səbəb budur ki, “27 Oktyabr” hadisəsinin sifarişçisi ortaya çıxmasın. Rusiya Dövlət Duması vaxtilə Molotov-Ribbentrop paktını qınadığı, öz günahını qəbul etdiyi kimi, indi də Rusiya tanımalı və qəbul etməlidir ki, terrorçuluğa təhrik edərək cinayəti işini o, həyata keçirib. Ermənistan qurban və hədəf kimi bu epizodlardan biri olacaq. Məhz qəbul olunan kimi təşkil edən, tanıyan və həyata keçirən arxivlərdən göndəriləcək. Əgər bu, edilmirsə, biz yalnız ikinci dərəcəli təşkilatçılar haqqında öyrənəcəyik”,- deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az