Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda yeni yaradılan “Əsgər Anası” ictimai təşkilatının sədri Marqarita Xaçatryan bildirib.
Onun sözlərinə görə, etiraz aksiyasından sonra hökumətdən hər hansı cavab gəlməyib.
“Sentyabrın 11-dən Baş nazir Nikol Paşinyana məktub göndəririk. Ayın 19-da hökumət binası qarşısında görüşümüz olub və gözləyirdik ki, zəng edəcəklər və ya məsələni həll edəcəklər, yaxud qəbul olacaq, lakin bu günə qədər heç bir cavab olmayıb”, - deyə o qeyd edib.
O bildirib ki, küçə mübahisələri zamanı ölənlərin ailələrini qiymətləndirirlər, onları isə qiymətləndirmirlər və müraciətlərinə cavab vermirlər.
“Biz hər şey edəcəyik, qoy 15 dəqiqəlik oğlanlarımızı, ərlərimizi geri qaytarsınlar ki, firavan həyat yaşayaq”,- deyə Xaçatryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az