Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu qondarma qurumun “təhlükəsizlik şurasının sabiq katibi” Vitali Balasanyan bildirib.
O qeyd edib ki, erməni xalqı oyanmalı, məcbur etməli və tələb etməlidir ki, istər “Mənim Addımım” olsun, istər “İşıqlı Ermənistan” olsun, istər də “Çiçəklənən Ermənistan” olsun, heç biri istisna olmadan bütün deputatlar mandatlarını yerə qoysunlar, əks təqdirdə bütün ermənilərin varlığı məsələsi təhlükə altındadır.
Paşinyanın bir tərəfdən “zabit şərəfindən” danışması, digər tərəfdən hökumətdə üç zabitin öldürülməsində günahkar olan silahlı qrupun liderini qəbul etməsinə toxunan Balasanyan bildirib ki, Paşinyan böyük anti-erməni proyektidir.
“Anlamayanlar qoy anlasınlar. Mən hər zaman dırnaq içərisində demişəm, indi açıq deyirəm. 2016-cı il iyulun 23-də KİV-lərə demişəm ki, Polis Post-Patrul alayının tutulması “Sasna Tsrer” tərəfindən terrordur. Bütün səsyazmaları var. Mənə sual verdilər ki, silahları yerə qoysalar, sərbəst buraxılacaqlar? Mən dedim ki, yox. Bu 31 nəfər silahlarını yerə qoyacaq və hamısı həbs ediləcək. Onlardan hər hansı birinin işəgəncəyə məruz qalmayacağına və ya onlara qarşı zor tətbiq edilməyəcəyinə söz verdim. Sonuna qədər sözümün üstündə durmuşam. Hökumət başçısı terror qruplaşmasının liderləri ilə görüşsün...?”, - deyə o qeyd edib.
Balasanyan Paşinyanın “inqilab yürüşü” zamanı Radio Evini ələ keçirəndə “Sasna Tsrer”in polislərə hücumu ilə bağlı çıxışını xatırladıb.
“Paşinyan bu terroru aşağıdakı kimi qiymətləndirib: Xüsusi Dövlət Mühafizəsi ərazisi işğal olunub, əməliyyatlar Polis Post-Patrul alayındakı kimidir. Silah tətbiq edilib, girovlar olub, ərazidə yaşayan əhali qorxdulub, Radio Evinin işçiləri, əmlakı ziyan görüb, lakin atəş səsləri və ölüm olmayıb.
Məqalə eynidir. Mən yüksək səslə deyirəm ki, “Sasna Tsrer”in lideri hesab edilən Qaregin Çuqaszyan aclıq aksiyası elan edəndə Paşinyan onunla görüşdü. O vaxt Paşinyanın qarşısında şərt qoyuldu ki, “Sasna Tsrer” bir an öncə sərbəst buraxılmalıdır. Hətta bu gün bu iki qatilin azad olunması məsələsi müzakirə olunur”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az