“Rusiya Ermənistanda bir-birinə qarşı olan iki inqilabçı və əks-inqilabçı düşərgə yaratmağa çalışır”

2019/10/Untit-1569923152.jpg
Oxunub: 1577     17:27     01 Oktyabr 2019    
“Ermənistanın daxili siyasi sistemində uzunmüddətli varlığını təmin etmək üçün Rusiya Ermənistanda bir-birinə qarşı olan iki inqilabçı və əks-inqilabçı düşərgə yaratmağa çalışır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni müllif Aleksandr Sarkisyan öz məqaləsində qeyd edib.

Rusiya prezidenti Vladimir Putin İrəvana gələcək. Bu mənada həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın statusu ilə bağlı vəziyyətin qızışdığını söyləmək olar. Güman edilir ki, Putin Köçəryanın azadlığını bir daha artıq İrəvanda müzakirə etməyə çalışacaq.

“Bu çərçivədə, Kremlin nəhayət nə istədiyini və Köçəryanın azadlığının onlara nə verəcəyini anlamağa çalışaq.

Məsələ burasındadır ki, bu, çoxdan dünya tarixində məşhur bir üsuldur və müxtəlif güclər tərəfindən dəfələrlə istifadə edilib. Yəni imperiyalar müəyyən bir mühitdə münaqişə vəziyyətini ortaya qoyur və fürsətdən müntəzəm olaraq müdaxilə etmək, yaxud bu və ya digər bölgədə təmsil olunmasını təmin etmək üçün süni vasitəçi kimi rol almasını təmin edir.

Problemə tarixi kontekstdə baxsaq görərik ki, bu üsul Rusiya imperiyası və SSRİ tərəfindən həm Orta Asiyada, həm də Qafqazda dəfələrlə istifadə edilib.

1828-ci ilə qədər hazırkı Ermənistanda ermənilər çox üstünlük təşkil etmirdi. Lakin Türkmənçay və Ədirnə müqavilələrindən sonra çox sayda İran və Türkiyədən olan insanlar indiki Ermənistana köçdülər. Rusiyanın təşəbbüsü ilə həyata keçirilən prosesin əsas səbəbi, erməni əhalisinin artması, artan müsəlman əhalisini artım irəliləyişini dayandıra biləcək tərəziyə çevrilməklə bölgədəki demoqrafik vəziyyəti tarazlaşdırmaq idi.

Artıq 20-ci əsrin əvvəllərində Rusiyanın özü Zaqafqaziyada erməni-azərbaycanlı qarşıdurmalarını yaratdı, bunun vasitəsilə çar hakimiyyətləri hər iki tərəfin hərbi-siyasi dairələrini nəzarətdə saxlaya bildi və imperiya boyu sürətlənən inqilabi əhval-ruhiyyədən uzaqlaşdı”, - deyə erməni müəllif qeyd edib.

Onun sözlərinə görə, bu siyasətin ən yaxşı sübutu sovet hakimiyyəti tərəfindən quraşdırılmış süni mina olan Qarabağ problemidir.

“Bu, qırmızılar və onların davamçılarının bölgəni uzun müddət tərk etməməsinə kömək etməli olan yerləşdirilmiş mina idi.

Onu da qeyd edək ki, bu siyasət təkcə Rusiya üçün xarakterik deyil. Məsələn, Britaniya imperiyası da dəfələrlə bundan böyük uğurla istifadə edib. Ən yaxşı sübut Hindistan və Pakistan arasındakı qarşıdurmadır.

İndi qeyd etdiyimiz kimi, eyni şey daha kiçik bir ərazidə - Ermənistanın daxili siyasi sistemində tətbiq edilir. Buna görə Putin üçün, Kremlin maraqlarına və mənafelərinə xidmət etmək üçün həbsxanadan effektiv mübarizəyə başlaya bilməyən Köçəryanın azadlığı çox vacibdir”, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya-Ermənistan   Putin   Köçəryan   Böhran  

“Rusiya Ermənistanda bir-birinə qarşı olan iki inqilabçı və əks-inqilabçı düşərgə yaratmağa çalışır”

2019/10/Untit-1569923152.jpg
Oxunub: 1578     17:27     01 Oktyabr 2019    