Bir çox ictimai dairələr, əsas şahidlərdən birinin ölümünün yalnız əsas müttəhim Köçəryana fayda verə biləcəyini, buna görə də hadisənin səbəblərinin harada ola biləcəyi ilə bağlı nəticə çıxarılmasının mümkünlüyünü düşünürlər.
Digər tərəfdən, qətlin törədilməsinə dair şübhənin Köçəryan istiqamətinə yönələ biləcəyindən istifadə edən başqa bir kəsin ola biləcəyi ehtimalı barədə fərziyyəni müzakirə etmək mümkündürmü?
Bir mənalı şəkildə hər hansı bir dəyərli nəticəyə gəlməyə əsas yoxdur. Müxtəlif versiyaları nəzərdən keçirmək, həmçinin “1 Mart” hadisəsində yeni bir ölüm mövzusunun yayılan, lakin əsaslı şəkildə rədd ediməyən ən hər hansı bir “üçüncü əl” varlığı ola biləcəyini də nəzərə almaq mümkündür.
Üstəlik, “üçüncü əl” mövzusunun yalnız müsahibələrin birində Köçəryan tərəfindən yayılmadığını nəzər almaq lazımdır. Bir neçə ay əvvəl bu barədə Ermənistanın“Haykakan Jamanak” qəzeti də bu “əl” məsələsinə dair məqalə yayımlayıb. Bu məqaləyə görə xarici xüsusi xidmət orqanlarının nümayəndələri martın 1-də Ermənistanda olması, habelə hüquq-mühafizə orqanlarının ictimaiyyətə və müxalifətə qarşı nə etməli olduğu barədə xarici dildə təlimat sənədi olduğu açıqlayıb.
Hayk Harutyunyanın müəmmalı ölümü “1 Mart” prosesini yalnız yeni qeyri-müəyyənlik və şübhə ilə dolduracaq. Ermənistan hüquq-mühafizə orqanları intihar fərziyyəsinin təsdiqləndiyini elan etsə, hər halda intihar “motivləri” nin müxtəlif versiyaları olacaq və ya rəsmi olaraq təsdiqlənmiş versiyaya erməni ictimaiyyətinin əhəmiyyətli hissəsi inanmayacaq.
Keçmiş polis rəisi niyə bu addımı atdı, heç kim bilmir və heç kim üçün hər hansı bir qeyd qoymayıb.
Alpər Mövludoğlu
Ordu.az