Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İrates” nəşri yazıb.
Ermənistanın Baş prokuroru Artur Davtyan bildirib ki, ittiham edilən tərəf “1 Mart” hadisələrinin əsas şahidlərindən birinə məhkəmədə sual vermək imkanından məhrum edilib. Onun bir çox məsələlərdə həqiqətə uyğun gəlməyən ifadəsi də nəşr etdirilib.
Bəziləri Hayk Harutyunyanın ölümünü intihar hadisəsi kimi qələmə verməyə çalışır, bəziləri isə hesab edir ki, “1 Mart” hadisələrinin əsas şahidlərindən birinin ölümü yalnız bir şəxsə - Robert Köçəryana sərf edir.
Digər bur qrup şəxslər isə düşünür ki, kimsə şübhəni Robert Köçəryana yönəltmək üçün hadisəni törədib. Yəni, burada iki tərəf var. Bəlkə də Ermənistandan deyil.
Əlbəttə, Hayk Harutyunyan əsas şahid idi və məhkəmədəki ifadələri vacib idi.O, şahid statusuna malik idi.
Harutyunyan o şəxslərdən idi ki, gördüyü işlər sayəsində bir çox sirləri bilirdi, əgər o, danışmağa qərar versəydi, bu, Ermənistanda bir çoxları üçün təhlükəli ola bilərdi. İndi hər kəs “1 Mart” işi üzərində mərkəzləşib, lakin Harutyunyan həbsxanalarla əlaqəli olub.
2000-ci ildə Köçəryan Arkadi Vardanyanın müxalif hərəkatına təzyiq göstərəndə, 2004-cü il aprelin 12-də Bağramyan prospekti qana boyananda Hayk Harutyunyan Ermənistanın Polis rəisi idi.
Bir çox insanlar düşünürlər ki, Harutyunyan intihar edəcək adam deyildi.
Alpər Mövludoğlu
Ordu.az