Rusiyadakı beynəlxalq foruma Ermənistan hakimiyyətindən heç kim dəvət olunmayıb

2019/08/Armen-1566203855.jpg
Oxunub: 16527     17:10     27 Sentyabr 2019    
Bu günlərdə Rusiyanın Kalininqrad şəhərində Vahid Rusiya partiyasının təşkilatçılığı ilə Avropanın təhlükəsizliyinə həsr olunmuş böyük forum keçirilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, foruma Ermənistanın hakim “Mənim Addımım” partiyasından heç kim dəvət olunmayıb.

Forumda dünyanın bir çox ölkələrindən nümayəndələr, deputatlar, ekspertlər iştirak edəcək.

Foruma Ermənistan parlamentində təmsil olunmayan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan və “Çiçəklənən Ermənistan” partiyasından Vahe Enfiacyan dəvət olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin