Gürcüstan Baş Naziri: “Müharibə həll yolu deyil”

2019/09/qaxar-1569572913.jpg
Oxunub: 13447     14:26     27 Sentyabr 2019    
"Bu gün biz anlayırıq ki, müharibə həll yolu deyil".

Ordu.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Baş Naziri Giorgi Qaxaria Gürcüstan və Rusiya Xarici İşlər nazirləri arasında ötən gün baş tutan görüşə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu görüş Gürcüstan və Rusiya arasında ən mürəkkəb problemlərin həllinə kömək edəcək.

"Ölkələr arasında mövcud olan problemin həllinin yeganə yolu tərəfdaş ölkələrlə yaxın əməkdaşlıqdır. Aydındır ki, bu problemin yeganə həll yolu beynəlxalq qaydalar, beynəlxalq hüquq və bizim tərəfdaşlarımızla yaxın əməkdaşlıqdır. Bu gün biz anlayırıq ki, müharibə həll yolu deyil", - deyə Qaxaria vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Rusiya   Müharibə  


Bizi "telegram"da izləyin