AİHM Ermənistanı ölmüş hərbi qulluqçunun işi üzrə qərarın icrasına çağırıb

2017/12/avropamehkemsi_1494516184456_1513078130.jpg
Oxunub: 29742     14:14     27 Sentyabr 2019    
Sentyabrın 25-də, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) işğal altında olan Qarabağda ölmüş hərbi qulluqçu Suren Muradyanın işi üzrə Ermənistan tərəfindən məhkəmə qərarının yerinə yetirilməsi ilə əlaqəli olan nəticəni açıqlayıb.

Ordu.az xəbər verir ki, komissiyanın nəticəsinə əsasən, Suren Muradyanın ölüm detallarının araşdırılması yenidən başlayıb və istintaq fəaliyyətləri formalaşdırılıb.

Komissiya araşdırılan hadisələrin baş verməsi anından uzun müddət keçməsi halını nəzərə alaraq səylərin aktivləşdirilməsi üçün qətiyyətlə hökumətə çağırış edib.

Qeyd edək ki, 2002-ci ildə işğal altında olan Qarabağda ölmüş hərbi qulluqçu Suren Muradyanın işi üzrə Avropa Məhkəməsi Ermənistandan Muradyanlara 50 min avro təzminat ödənilməsini tələb edib.

Qeyd edilən əsgərin anası Hraç Muradyan Avropa Məhkəməsinə müraciət edərək bildirmişdi ki, oğlu xidmət müddətində xəstələnib və ona lazımi tibbi yardım göstərilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİHM  


Bizi "telegram"da izləyin