Rus hərbçiləri Ermənistanda təlimlər zamanı şərti diversiya-kəşfiyyat qrupunu qarşısını alıb

2019/09/98952-1569571855.jpg
Oxunub: 6386     13:33     27 Sentyabr 2019    
Bağramyan təlim sahəsində davam edən erməni-rus ikitərəfli komanda-qərargah təlimləri çəçivəsində Ermənistanda yerləşdirilmiş Rusiya Cənub Hərb Dairəsinin kəşfiyyat bölüyünün hərbi qulluqçuları şərti rəqibin kəşfiyyat-diversiya qrupunun qarşısını alıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsinin mətbuat xidmətindən məlumat verilib.

Təlim zamanı imitasiya vasitələri, qaz bombaları və qeyri-döyüş sursatından istifadə edilib.

Erməni-rus birgə komanda-qərargah təlimlərində 1000-dən artıq hərbi qulluqçu, 250 ədəd hərbi texnika, o cümlədən qırıcı, ordu və pilotsuz aviasiya vasitələri iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təlim  


Bizi "telegram"da izləyin