Erməni general-mayorun oğlunu həbs edilib

2019/09/20119-1569571744.jpg
Oxunub: 13958     12:20     27 Sentyabr 2019    
Ermənistanda general-mayor Seyran Saroyanın oğlu Üçmüədzin məktəblərindən birinin həyətində bədən tərbiyəsi müəllimi ilə mübahisə edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sentyabrın 25-də polis əməkdaşları Saroyanın 27 yaşlı oğlunu həbs edib.

Məlumata görə, o, Üçmüədzinin 9 saylı orta məktəbinin həyətində həmin məktəbin 24 yaşlı bədən tərbiyəsi müəllimi ilə mübahisə edib.

Mübahisə nəticəsində generalın oğlu bədən tərbiyəsi müəlliminə zərbə vurub. Polis əməkdaşları Saroyanın oğlunu taparaq həbs edib. O, polis əməkdaşlarında olan məlumatı təkzib edərək bildirib ki, heç kimə zərbə vurmayıb.

Hadisənin detalları araşdırılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Saroyan   Həbs  


Bizi "telegram"da izləyin