Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Hüququn sərhədi” MMC-nin sədri, “Ehtiyatda Olan Hərbçilər Birliyi”nin üzvü Gevorq Hovhannisyan bildirib.
Onun sözlərinə görə, hərbçilərə çox vaxt tətil günləri verilmir və ya tətil üçün nəzərdə tutulmuş məbləğ ödənilmir.
“2005-ci ildən bəri ehtiyatda olan bir neçə hərbçi qanunla nəzərdə tutulmuş tətil ödənişlərini almayıb. Problem sistemli xarakter daşıyır. Hərbçilər məsələni xidmət zamanı qaldıranda, onları tənqid etməyə başlayırlar. Bəziləri hətta işdən çıxarılıb. Konkret bir say verə bilmərəm, amma onlar çoxdurlar”, - deyə Hovhannisyan qeyd edib.
Bundan başqa, hərbçilərin məzuniyyət günləri çox vaxt qanunsuz şəkildə qısaldılıb.
“Bütün bunlar hakimiyyətin hörmətsiz münasibətini sübut edir. Hərbçilərə ödənilməli olan ümumi məbləğ bir neçə milyon dollara çatır”, - deyə o bildirib.
O qeyd edib ki, məsələ ilə bağlı Ermənistan İnsan Hüquqlarının Müdafiəsi Təşkilatına müraciət ediblər.
Ombudsman bir çox hallarda Ermənistan hakimiyyət orqanlarının fəaliyyətlərində qanun pozuntuları tapıb, lakin onun nəticələri zəmanət xarakteri daşıyır. Bütün bunların hamısı Ermənistanda insan hüquqlarının sistemli şəkildə pozulmasına gətirib çıxarır.
Hovhannisyan qeyd edib ki, hakimiyyət istefada olan hərbçilərin işə götürülməsi üçün proqramlar hazırlamayıb.
“Hazırkı deputatlardan, nazirlərdən çoxu müddətli hərbi xidmət keçməyib. Vətəni müdafiə etmək lazım olanda hərbçilər ön plana çəkilir, dinc həyatdan zövq almaq zamanı gələndə onları unudurlar”, - deyə o bildirib.
Məsələ təkcə Ermənistan MN-in hərbçiləri ilə yox, eləcə də FHN, Milli Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyi ilə əlaqəlidir. Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin keçmiş işçilərindən biri Edqar Hovhannisyan qeyd edib ki, 2015-ci ildə onun işdən çıxma səbəblərindən biri məzuniyyət pulunun ödənilməməsi olub.
Birinci instansiya məhkəməsi Hovhannisyanın lehinə, təxminən 109 min dramın ödənilməməsi barədə qərar qəbul edib. Lakin Apelyasiya Məhkəməsi bu qərarı ləğv edərək bildirib ki, işə mülki məhkəmədə yox, inzibati qaydada baxılmalıdır. O, Ermənistan İnsan Hüquqların İdarəsinə müraciət edib və onun hüquqlarının pozulması qeyd edilən idarədə qeydə alınıb.
“Məbləğin mənə ödənilməsi ilə bağlı məndə ombudsmanın qərarı var, lakin həmin sənəd zəmanət xarakteri daşıyır”,- deyə Hovhanniysan qeyd edib.
Onun sözlərinə görə, 2015-ci ildən başlayaraq hüquq-mühafizə orqanlarının 40 minədək işçisi bu problemlə əlaqəli ola, hakimiyyətin ümumi borcu isə 120 milyon dollara çata bilər.
Ermənistan Müdafiə Nazirliyində yazılı sorğu tələb edərək mövcud vəziyyəti şərh etməyiblər.
Alpər Mövludoğlu
Ordu.az