Artur Vanetsyanın çiyinlərindəki paqonun zibil qutusuna atılmasının lazım olduğu haqqında Paşinyanın Los Ancelesdəki açıqlamasına toxunan Mikaelyan deyib ki, heç kimin belə deməyə haqqı yoxdur
“Mən də paqon daşımışam, heç kimin belə bir şey söyləməyə haqqı yoxdur”, - deyə o bildirib.
Mikaelyanın söylədikləri həqiqətən ən azı bir siyasi, mənəvi baxımdan qəribə çaşqınlıq yaradan haldır. Mikayelyan Ermənistanın hakim siyasi komandasının üzvüdür və özünü Paşinyanın müxalifət düşərgəsində mövqe tutan kimi aparır.
Vanetsyanın davranışı və Mikaelyanın müsahibəsi Paşinyanın son bir il yarım ərzində kadr siyasətində həqiqətən uğursuz olduğunu sübut edir.
Zahirən Mikaelyan uniformada olan birinə dəstək verməklə mövqe tutub, amma “Yerkrapah” sədri əslində “inqilab”ın dəyərlərinə qarşı çıxıb və burada məsələ Paşinyana xəyanət etmək və ya Vanetsyana dəstək olmaq deyil.
Erməni yazar Albert Sarqisyan qeyd edib ki, Mikaelyan cinayət oliqarxiyası təmsilçilərinin rəğbətini qazanmaq Serj Sarkisyanın “ev adamı”, Erebuni cinayətkarlarının dostu və Mikayel Minasyanın xidmətlərindən faydalanan Vanetsyanla həmrəy olmaqla, yeni “Manvel” olmaq üzrə öz hüququnu müdafiə edir.
“Onun dövlətdə ictimai iradəyə zidd olan bir vəzifə sahibi olmuş şəxsi dəstəkləməsi ayıbdır”, - deyə o qeyd edib.
Paşinyan içəridən, daha doğrusu köhnələrdən yeni sistemə daxil olmağa müvəffəq olmuş minalardan zərbələr almağa başlayıb.
Alpər Mövludoğlu
Ordu.az