Ordu.az xəbər verir ki, bu barədə “Səudi” dövlət xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, onlar Amerika qoşunlarının Səudiyyə Ərəbistanına göndərilməsini müzakirə ediblər.
Esper bildirib ki, Səudiyyə Ərəbistanın təhlükəsizliyinin təmin edilməsi üçün hər şey ediləcək.
İranı bölgədə sabitliyin pozulmasında günahlandıran ABŞ Müdafiə naziri onun təcavüzkar siyasətinin qarşısının alınmasının əhəmiyyətini vurğulayıb.
Salman Mark Esperə “Aramco” neft obyektlərinə edilən son hücumların beynəlxalq sülh və təhlükəsizliyi təmin etməkdə mövqe tələb edən bütün dünya üçün təhlükəli bir eskalasiya olduğunu bildirib.
Xatırladaq ki, Husi qiyamçıları bir neçə gün öncə Səudiyyə Ərəbistanının “Aramco” şirkətinə məxsus neft obyektlərinə hücum edib. ABŞ hücumda İranın da iştirak etdiyini bildirib. Tramp təhlükəsizliyin təmin edilməsi üçün bölgəyə əlavə qoşun göndəriləcəyini bildirib.
Sevinc Əliyeva
Ordu.az