BQXK-nın Bakı ofisi erməni terrorçusu və fərari əsgərinə baş çəkib

2019/09/geri-1569479904.jpg
Oxunub: 5760     10:37     26 Sentyabr 2019    
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin nümyəndələri qanunsuz olaraq Azərbaycan tərəfinə keçmiş erməni hərbi qulluqçularına - Karen Qazaryan və Arayik Qazaryana baş çəkib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə BQXK-nın Ermənistan ofisinin informasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.

Qeyd edək ki, Karen Qazaryan 15 iyul 2018-ci il tarixdə,Ermənistan Silahlı Qüvvələrinin istintaqa məlum olmayan iki hərbi qulluqçusu ilə Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar sahədən keçərək Qazax rayonunun Kəmərli kəndi istiqamətindən Qazax şəhərində odlu silahdan, döyüş sursatlarından, partlayıcı maddələrdən və partladıcı qurğulardan istifadə etməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə partlayış törətməklə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına real təhlükə yaradaraq terrorçuluq törədib.

K.Qazaryan silah-sursatları, onların komplekt hissələrini, partlayıcı maddələri və partladıcı qurğuları gizlətdiyi ərazidən aralanıb Kəmərli kəndinin kənarı ilə Qazax şəhəri istiqamətində təxminən 50-100 metr məsafəni keçdikdən sonra, şəxsi mal-qarasını otarmağa çıxarmış kənd sakinlərinin diqqətini cəlb etdiyindən, onlar tərəfindən müvafiq dövlət qurumlarına məlumat verildikdən sonra, həmin gün, 15 iyul 2018-ci il tarixdə səhər saat 07 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində Qazax rayonunun Kəmərli kəndinin «Balakənd» adlandırılan ərazisində tutulduğundan, öz cinayətkar niyyətini tam başa çatdıra bilməmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah məqsədi ilə və sifarişlə, iki və daha çox şəxsi, terrorçuluqla əlaqədar və milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə və Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına və zədələnməsinə yönəldilən partlayışlar törətmə cinayətlərinin törədilməsinə cəhd edib.

Füzuli rayonu istiqamətində zorakılığa məruz qalaraq fərarilik etmiş, 2000-ci il təvəllüdlü, erməni hərbi qulluqçu Arayik Qazaryan isə bu ilin avqustun 12-də, saat 12:00 radələrində bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQXK   Erməni   Fərari   Terror  


Bizi "telegram"da izləyin