Vanetsyan əslində Ermənistan hökumətini təhdid edir.
Səssiz qalmamaqla təhdid etdiyi məqamın nədən ibarət olduğunu yalnız Ermənistan MTX-nın keçmiş rəhbərinin hansı vacib məlumata sahib ola biləcəyini təxmin etməklə bilmək olar.
Ermənistan MTX-nın keçmiş rəhbəri telefon danışıqları və onun istintaqı ilə bağlı bir şey söyləyə biləcəyi ilə hədələyə bilər. Çünki erməni ictimaiyyəti ölkədəki de-fakto ikinci şəxsi ilə birinci şəxsi arasında telefon danışığını necə dinləməyin mümkün olduğunu anlamaq üçün Vanetsyanın söyləyəcəklərini gözləyir. O, bu barədə bir dəfə deyib ki, gizli dinlənmənin sifarişçisi məlumdur və bu şəxs tanınmış ictimai xadimdir, ancaq kifayət qədər sübutedici məlumat olmadığına görə həmin şəxsin adını açıqlaya bilməyəcəklər və buvaxtadək susub. Vanetsyan Paşinyana cavabında məzmunu və tonu ilə desək, susmadığı təqdirdə danışacağını elan edərkən eyni gizli dinləmə ilə hədələyir.
Keçmiş MTX rəisi təhdid və ya xəbərdaredici tonla danışacağını bildirdikdə, bu, MTX rəhbərini dinlənilməsi ilə eyni şeydir. Bir halda onu gizli şəkildə dinləyirlər, digər halda isə Vanetsyan özü ictimai şəkildə söylənilməməsi lazım olan şeylər barədə açıq danışır.
Başqa sözlə, gizli dinlənilmiş keçmiş MTX rəisi indi Paşinyan onu rahat buraxmasa danışa biləcəyini elan edir. Vanetsyanın hazırkı cavabı Paşinyana sadəcə əlcək atmaq idi. Bunun cavabı nə olacaq? Maraqlıdır...
Alpər Mövludoğlu
Ordu.az