DSX qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir

2019/09/70428-1569052327.jpg
Oxunub: 13568     10:48     25 Sentyabr 2019    
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı müha­fizəsi və narkotik vasitələrin ölkə ərazisinə qeyri-qanuni gətirilməsinə qarşı müba­ri­zə sahəsində tədbirlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, sentyabrın 21-də, saat 23:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilmiş 1 ədəd bağlama aşkar olunaraq götürülüb.

Baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.

Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Qaçaqmalçılıq  


Bizi "telegram"da izləyin