“Rusiyada çoxlu sayda insanlar var ki, Ermənistanda siyasi sığınacaq almağa layiqdirlər”

2019/09/Ruben-1567766268.jpg
Oxunub: 32550     17:36     31 Avqust 2019    
“Qanunumuz var, lakin tətbiq etmək üçün fürsət olmayıb”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı ictimai-siyasi xadim Vitali Şişkin öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistan onu qaçqın statusu ilə təmin edib. Şişkin özünü rus nasional-sosialist adlandırıb.

Ermənistan Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Nelli Davtyan bildirib ki, bu xəbəri təsdiqləmək və ya təkzib etmək səlahiyyətinə malik deyil. O bildirib ki, ümumiyyətlə, Ermənistanda siyasi sığınacaq nə vaxtsa tətbiq edilməyib.

İrəvan Hovhannes Tumanyan adına Kukla Teatrının direktoru və bədii rəhbəri Ruben Babayan bildirib ki, əgər biz həqiqətən də azad, demokratik ölkəyiksə və insan hüquqları bizim üçün vacibdirsə, bu cür vəziyyətdə təkcə siyasi məqsədəuyğunluğu yox, eləcə də digər məsələləri ciddi araşdırmalıyıq.

“Yox əgər o, nasional-sosialistdirsə, demokratik ölkədə siyasi sığınacaq ala bilməz. Ölkəmizin siması ondan görünür ki, biz kimə siyasi sığınacaq veririk. Rusiyada çoxlu sayda insanlar var ki, Ermənistanda siyasi sığınacaq almağa layiqdirlər və onlar nasional-sosialist deyillər”, - deyə Babayan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Böhran  


Bizi "telegram"da izləyin