“TurAz Qartalı-2019”dan eksklüziv reportaj: “Abi, biz onları yeneceğiz” (FOTOLAR)

2019/09/70669-1567755862.jpg
Oxunub: 3241     12:46     06 Sentyabr 2019    
Göy üzünü fəth edən səma cəngavərləri, asimanı bəzəyən qardaşlıq simvolu, qələbə savaşına hazırlaşan “qanadlı əjdaha”lar.

Günorta saatlarında qəfildən eşidilən gurultu hamının diqqətini göyə cəlb elədi… Böyük bir təyyarə uzun qanadlarını “geniş açıb” yerə doğru “şığıyırdı”… 3-5 dəqiqədən sonra hava limanının asfalt örtüklü meydançasında yorğun görkəmli C-130E hərbi yük təyyarəsi oturmuşdu… Üzərində “Türk Hava Kuvvetleri” yazılan hava nəqliyyatı vasitəsi “TurAz Qartalı-2019” Türkiyə-Azərbaycan birgə taktiki-uçuş təlimlərində iştirak edəcək hərbi nümayəndə heyətinin üzvlərindən bir neçə nəfəri və lazımi vəsaitləri gətirmişdi… Türk hərbiçilər əsgəri qarşılanmadan dərhal sonra azərbaycanlı həmkarları ilə çox mehriban və səmimi ünsiyyətə keçdilər. Yad yerə gəlmədiklərini həm davranışları ilə, həm də sözləri ilə ifadə edirdilər.

Hərbi nümayəndə heyətləri təlimləri, görüləcək işləri müzakirə etdiyi vaxt, elə bil, qəfildən göy guruldadı… Səmada üç “dəmir şahin” süzürdü… Sanki enəcəkləri zolağı və onları gözləyən Azərbaycan hərbiçilərini və Türkiyədən gəlmiş silahdaşlarını salamlayıb ötüb getdilər… Üfiqdə kiçik nöqtə boyda görünənə qədər hamı onların arxasınca baxdı…

Aradan bir az keçmiş enmə zolağının üstündə yenidən peyda oldu həmin təyyarələr. Üç ədəd F-16 göy üzünə öz əzəmətli görünüşüylə bəzək vururdu... Əslində, əzəmətli olan təyyarələrin xarici quruluşu, görkəmi yox, kimə məxsus olduqlarını nümayiş etdirən nişanlar və quyruğundakı ay-ulduzlu al qırmızı Türk bayrağı idi…

“Sizin nişanınız varmı?”

Məkan yad olduğundan enmə bucağını və təyyarəni harada, hansı məsafədə yerə endirəcəklərini hesablamaq üçün pilotlar çox aşağı hündürlükdə zolaq boyu uçub yenidən dövrə vurdular. Növbəti dəfə “şahinlərin” üçü də bir-birinin ardınca enib aeroportun idarəetmə qülləsinə doğru asta-asta irəliləməyə başladı…

Yan-yana dayanan F-16-ların pilotları kabinədən əsgəri salam verdikdən sonra Türkiyə və Azərbaycan bayraqlarını ehtiramla yan-yana açıb bir müddət dayandılar.

Hərbi təyyarəçilər qırıcılardan düşüb onları qarşılayan hər kəslə görüşüdükdən sonra nahar süfrəsinə dəvət olundular…

Türkiyə eskadrilyasının komandiri, balacaboylu polkovnik-leytenant idi. Çox az müddətə ayaqüstü həmsöhbət olduq. Salamlaşan kimi dərhal cibindən çıxardığı nişanı göstərib soruşdu: “Şundan varmı Sizdə?”. “Yox” cavabını alar-almaz, Türkiyə və Azərbaycan bayraqları, həmçinin qartal başı əks olunan nişanları bizə bağışladı: “Sizin də olsun”.

“Səma əjdahası…”

Türkiyəli hərbiçilər demişkən, “ekip”lər, yəni heyətlər təlim prosesini müzakirə etməkdə idi. Günün birinci yarısı başa çatırdı. Səmada daha bir nəhəng təyyarə peyda oldu. Bu “səma əjdahası” da “nəriltisi” ilə yeri-göyü lərzəyə gətirə-gətirə eniş zolağı ilə parklanmaya doğru yan aldı.

Türkiyə Hərbi Hava Qüvvələrinin ən nəhəng hava nəqliyyat vasitələrindən olan A-400M öz bortunda hava qüvvələrinin zabit və gizirlərini, texniki heyəti və təlim uçuşları üçün zəruri avadanlıqları gətirmişdi…

Birgə taktiki-uçuş təlimlərində iştirak edən türkiyəli hərbi təyyarəçilərin daha bir heyətini isə Türkiyə Hərbi Hava Qüvvələrinin “gözü” olan “Türk Ulduzları”nın ağ rəngli C-130E təyyarəsi gətirdi…

Türkiyəli uçuş heyəti tam tərkibdə təlimlərə hazır idi. Azərbaycan Hərbi Hava Qüvvələrinin də təyyarəçiləri və hava hücumundan müdafiə bölmələrinin nümayəndələri taktiki-uçuş təlimlərinə hazır olduqları barədə raport verdilər.

“Ne güzel, azerbaycanlı kardeşlerimiz?!”

Hərbi təyyyarəçilər nahar ərəfəsində birgə uçuşun planlaşdırılması, əməliyyatların müştərək keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş imkanlarının uzlaşdırılması, axtarış-xilasetmə tədbirlərinin icrası, yerüstü hədəflərə havadan zərbə endirmək və digər döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçiriləcək taktiki-uçuş təlimlərində qarşıya qoyulan vəzivələri müəyyən edirlər. Fikir mübadilələri aparılır, orduların arsenalında olan döyüş təyyarələrinin imkanları, üstünlükləri, zəif nöqtələri və başqa taktiki-texniki xüsusiyyətləri müzakirə olunur. Hərbi xidmət keçməyə dair fikirlər bölüşülür. Türkiyəli hərbiçilər azərbaycanlı həmkarlarının dediklərini bəzən təəccüblə qarşılayır və onların dediklərini maraqla dinləyirlər. Eşitdiklərindən heyran qaldıqlarını da tez-tez çox səmimi şəkildə ifadə edirlər. Azərbaycan təyyarəçilərinin bacarıqları, döyüş qabiliyyəti haqda dinlədikləri hər şeyə qürurla “Nə güzel” deyə reaksiya verir türk təyyarəçilər…

“Biz eyni dildə danışırıq ki…”

Nahar zamanı iki nəfər türk hərbiçi ilə bir masanın arxasında əyləşməli olduq. Əvvəlcə müəyyən qədər bizi dinləyib, eyni dildə danışmağımız haqda söhbət açdılar: “Abi, hepimiz ayni tarzda konuşuyoruz. Bir-iki söz-falan var ayrı anlaşıyor, amma həmin sözlər sizdə öz mahiyyətini daha çox koruyub saxlamış..”.

Azərbaycana ilk dəfədir gəliblər. Şənbə-bazar günləri uçuş olmayacaq deyə, olduqları şəhərlərin görməli yerlərini gəzib dolaşmaq arzusundadırlar. Maraq güc gəlir: “Güzel yerler varmı, abi?”

- Var - deyirik.

- Nərəsi?

Bakıda onların marağını cəlb edəcək yerləri bir-bir sadalayıb qısaca da izahat veririk.

Tez-tez “Maşallah, maşallah” deməklə sona qədər dinləyirlər bizi.

Adamların necə dolanışıqları haqda sual verirlər. Ümumi vəziyyəti təsvir edirik. Daha sonra yenidən dönürlər Türk-Azərbaycan dili mövzusuna... Qarsdan tutmuş ta Qərbi Azərbaycan torpaqlarına, Dərbəndə qədər yayılmış dialektlərimizdən bəhs edirik... Sanki dünyanın ən maraqlı hadisəsini izləyirlərmiş kimi susub bizi dinləyirlər...

“Abi, biz onları yeneceğiz...”

Biri deyir ki, dünyanın çox ölkəsində olublar. Amma belə halla heç yanda rastmaşlayıblar. Burada hansısa xarici dildə danışmaq məcubiriyyəti yoxdur. Hamı onları çox gözəl başa düşür... Onlar da həmçinin hamını... Nahar boyu söhbətimiz Monqol imperiyasının Qafqazı istilasından tutmuş Qarabağ müharibəsinə qədər maraqlı mövuzları əhatə elədi... Qarabağ savaşından söz düşən kimi, həmsöhbətlərimizdən biri qeyri-ixtiyari “Abi, biz onları yeneceğiz” deyə dilləndi...

İş saatı başlayırdı. Hamı öz peşəsindən irəli gələn vəzifələrin dalınca getməliydi. Dağılışdıq. Ərazidə neçə dəfə rastlaşmağımızdan asılı olmayaraq, hər qarşılaşmamızda üz-üzə gəldiyimiz bütün türk hərbiçilər səmimi bir təbəssüm əta edib keçir yanımızdan.

“Petrolun göbəyindəyiz...”

Günorta saatlarında enən yük təyyarəsinin pilotu mayor rütbəli zabitdir. Azərbaycanlı həmkarlarından birinə yaxınlaşıb tez qalxacaqlarını və yanacağa ehtiyac olduğunu deyir: “Abi, biz saat 14 buçuqda qalkacağız... Yakıtımız tükənmək üzərə...”.

Yaxınlıqdan Azərbaycanlı həmsöhbəti ilə nəyisə müzakirə edə-edə keçən türkiyəli mühəndislərdən biri hamıdan əvvəl reaksiya verir həmvətəninə : “Abi, hiç kendini üzme, petrolun göbəyindəyiz... Şimdi sana yakıt getirirler...”

Dediyi kimi də olur. Azərbaycan Ordusunun zabiti cavabdeh şəxsi tapır və məsələ ilə bağlı məlumatlandırır. 5 dəqiqə keçmir ki, uçuş meydançasının yarısını nəhəng əjdaha kimi qanadlarının altına almış təyyarəyə yanacaq çəni ilə yüklənmiş maşın yaxınlaşır... Bir azdan həmin təyyarənin qanadları öz nəhəng gövdəsini səmaya qaldırıb vətənə doğru can atacaqdı...

“Af edərsin, izn vermədilər...”

Azərbaycana gəlişləri, burada qarşılanmaları haqda təəssüratlarını soruşuruq türk hərbiçilərindən. F-16 eskadrilyasının komandiri, balacaboylu polkovnik-leytenant çox səmimi şəkildə bizə yaxınlaşır. Üzündəki təbəssümü zərrə qədər də azaltmadan “Şu an konuşma yetkilisi yalnız benim, genelkurmay başkanlığına rapor vereyim, izn verseler, ben Sizə konuşurum”- deyir. Razılaşırıq. Amma ən azı, iki nəfərin müsahibəsi üçün icazə almasını da xahiş edirik. “Oldu” deyib türkiyəli hərbiçilər üçün ayrılmış otaqdakı zabitlərin yanına gedir. Cavabı növbəti gün alacağımızı ağlımıza gətirməzdik. Tədbir boyu hər rastlaşanda, bizə izahat borcu varmış kimi, həmin polkovnik-leytenant hələ də icazə barədə səs-səmir çıxmadığını ifadə edirdi... Növbəti gün isə genelkurmay başkanlığından “Yox” cavabının verildiyini bizə çox təəssüf hissiylə ifadə elədi...

İlk uçuş...

Uçuş saatını gözləyirik. Azərbaycan Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti deyir ki, Azərbaycan təyyarələri bizim olduğumuz məkana gəlməyəcək. Uşuşlar başqa-başqa yerlərdən həyata keçiriləcək. Təyyarələr müəyyən bir koordinatda birləşib təlim planına uyğun döyüş tapşırıqlarını birgə yerinə yetirəcəklər.

İlk tanışlıq uçuşuna iki F-16 start verir. Texniki-mühəndis heyəti təyyarələrin uçuşa tam hazır olduğu haqda raport verdikdən sonra pilotlar “dəmir şahinlər”ə doğru addımlayır... Bir neçə dəqiqədən sonra qanadlanan qırıcılar bir göz qırpımında səmanın ənginliklərini fəth edirlər....

Təlimlər isə hələ də davam edir.

Üçüncü tərəfdaş...

“TurAz Qartalı - 2019” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, Su-25, F-16, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir. Təlimdə Türkiyə Hərbi Hava Qüvvələrini 204 nəfərlik heyət təmsil edir.

Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndələri taktiki-uçuş təlimlərini müşahidəçi kimi izləyirlər. Gələn ildən Pakistan Hərbi Hava Qüvvələrinin də Azərbaycan-Türkiyə birgə təlimlərinə qatılması mümkün hesab oluna bilər..

Teymur Zahidoğlu
Azadə Bayramova
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TurAzQartalı-2019   Azərbaycan-Türkiyə   Təlim   HHQ  

“TurAz Qartalı-2019”dan eksklüziv reportaj: “Abi, biz onları yeneceğiz” (FOTOLAR)

2019/09/70669-1567755862.jpg
Oxunub: 3242     12:46     06 Sentyabr 2019    