Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Davatyan jurnalistlərin suallarından yayınmağa çalışıb.
Jurnalistlər Davatyana xatırladıb ki, Ermənistan Müdafiə Nazirliyində yayılmış xəbərlərə görə, onun oğlu Vayots Dzor vilayətində yerləşən hərbi hissələrdən birində xidmət edir.
“Eyni zamanda digər dövlət məmurlarının övladları da orada ixdmət edir və siz onu “yumşaq yer”ə aparmısınız. Bundan əlavə məlumatlar da var ki, oğlunuz əvvəlcə hərbi məktəbdə oxuyub və orada problemləri olub, bundan sonra isə onu “yumşaq hərbi hissə”də xidmət etməyə göndəriblər. Bu barədə nə deyə bilərsiniz?”, - deyə mətbuat nümaəyəndələri sual verib.
Davatyan cavabında deyib ki, heç bir açıqlama verməyəcək və bunları şəxsi məlumatlar hesab edir.
“Vayk hərbi hissəsində məmur övladlarının xidmət etməsinə gəldikdə isə, konkret faktlar varsa, deyin, baxım”, - deyə o bildirib.
Jurnalislər onun oğlunun Vayots Dzor vilayətində yerləşən hərbi hissələrdən birində xidmət etdiyini, orada kifayət qədər yaxşı şərait olduğunu, oranın isə sərhəd bölgəsinə yaxın hərbi hissə olmadığını deyiblər.
“Mənim oğlum erməni ordusunda xidmət edir”, - deyə Davatyan cavab verib.
“Konkret olaraq harada?”, - deyə jurnalislərin sualına isə o, yenə eyni cavabı verib.
Davatyan KİV nümayəndələrinin məktəblə bağlı sualına isə oğlunun məktəbdə heç bir probleminin olmadığını deməklə cavablandırıb.
Alpər Mövludoğlu
Ordu.az