Avropalı hərbi ekspert: “Ermənistan ABŞ-la fikir ayrılığına son qoymaq üçün hərbi heyətini Suriyadan çıxara bilər”

2019/03/17179-1553927188.jpg
Oxunub: 20818     16:30     05 Sentyabr 2019    
“Ermənistan kimi bir ölkə üçün bu tələb, yaxud təklifin dərhal qəbul edilməsi və hərbi heyətini Suriyadan çıxarması olduqca çətindir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri avropalı hərbi ekspert Treys Cerman ABŞ-ın erməni hərbi heyətinin Suriyadan çıxarılmasını tələb etməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.


Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-ın erməni tərəfinə belə bir tələb irəli sürməsi barədə yayılan məlumatları təkzib edib.

Ekspert isə Birləşmiş Ştatların belə bir tələb irəli sürə biləcəyini istisna etmir. O, bildirib ki, ABŞ-ın bu məsələdəki mövqeyi erməni tərəfi üçün yeni deyil.

“Siyasi qərar olduğu halda Suriyadan Ermənistanın hərbi heyətini çıxarmağa müəyyən vaxt tələb olunacaq. Bu bir missiyadır, zamanı gəldikdə yekunlaşacaq. Bundan əlavə, Ermənistan ABŞ ilə münasibətlərdəki bu fikir ayrılığını aradan qaldırmaq üçün bu missiyanı çox fərqli səbəblərlə dayandıra bilər”, - deyə Cerman qeyd edib.

Avropalı ekspert Ermənistanın Suriyaya hərbi heyət göndərməsinin səbələrinə də toxunub.

“Əslində, erməni tərəfi tez-tez həyata keçirilməzdən əvvəl böyük bir erməni-rus layihəsi kimi təqdim olunan bu layihənin Ermənistan-Rusiya münasibətlərindəki bəzi problemləri həll edəcəyini gözləyirdi. Lakin Ermənistan-Rusiya münasibətlərində hələ də bəzi ziddiyyətlərin mövcud olduğu məlum olduğu halda, hansı problemin həll olunduğu və ya hansı problemin varlığı və həll edildiyi məlum deyil. Bu missiyadan sonra Ermənistanın üzləşə biləcəyi təhlükələr isə həddindən artıq çoxdur. Buna görə də, Ermənistan özünün və Suriyadakı erməni icmasının təhlükəsizlik maraqlarından çıxış etməlidir, çünki Rusiyanın açıqlamalarında bu addım ortaq bir layihə kimi dəyərləndirilmir. Erməni tərəfi son vaxtlarda bunu yalnız erməni icmasına dəstək məqsədi daşıyan layihə kimi təqdim edir. Ancaq yaxın gələcəkdə erməni tərəfinin belə bir kəskin qərar verəcəyini düşünmürəm”, - deyə Cerman qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Paşinyan   Böhran  


Bizi "telegram"da izləyin