Erməni politoloq: “Hərbi-siyasi baxımdan KTMT-də ola, iqtisadi baxımdan isə Aİ ilə əməkdaşlıq edə bilmərik”

2019/09/Qerya-1567668825.jpg
Oxunub: 15130     14:30     05 Sentyabr 2019    
“Prezident Serj Sarkisyan 2013-cü ildə bəyan etdi ki, Ermənistan Avropa İttifaqına üzv olmağa qərar verib. Bu, ilk növbədə onu nəzərdə tuturdu ki, Rusiya ilə hərbi-siyasi ittifaq bizim mövqeyimizi diktə edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Qarik Keryan deyib.

Keryan qeyd edib ki, Ermənistan hərbi-siyasi baxımdan KTMT-də ola, iqtisadi baxımdan isə Avropa İttifaqı ilə əməkdaşlıq edə bilməz.

“Birmənalıdır ki, hərbi-siyasi inteqrasiya iqtisadi inteqrasiyadan daha çox vacibdir. Hərbi-siyasi maraqlar, təhlükəsizlik problemləri hər zaman daha çox üstünlük təşkil edir və dövlətin xarici, iqtisadi oriyentasiyasını diktə edir. Avropa İttifaqından fərqli olaraq, Avrasiya İqtisadi Birliyinə rəhbərlik edən ölkə Rusiya Ermənistana müəyyən qədər təhlükəsizlik təminatları verir”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT    


Bizi "telegram"da izləyin