ABŞ son bir neçə ayda 700-ə qədər YPG üzvünə təlim keçib

2019/03/usa-y-1552461733.jpg
Oxunub: 23325     13:07     04 Sentyabr 2019    
ABŞ-ın dəstəklədiyi YPG silahlıları Suriyanın şimal-şərqində müxtəlif qruplaşmalar üçün döyüşçülər hazırlayır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, son bir neçə ayda ABŞ hərbi təlimçiləri 700-ə qədər YPG silahlısı yetişdirib.

Türkiyə ilə ABŞ arasındakı gərginliklə bağlı təlim mərkəzləri Ayn İsa və Təl Abyaddan Suriyanın cənub və şərq bölgələrinə köçürülüb.

Hazırda ABŞ hərbi təlimçiləri Raqqanın şimalında yerləşən Şəddadi və Təbqa rayonunda təlim keçir. Təlim keçilən 700 YPG üzvündən əksəriyyətinin etnik baxımdan ərəb olduğu qeyd edilir.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada hərbi kurslarda yaşayış məntəqələrində təhlükəsizliyin təmin edilməsi, partlayıcı qurğuların aşkarlanması və məhv edilməsi, terrorçularla mübarizə aparmaq üçün təlimlərin keçirildiyini iddia edir.

Xatırladaq ki, ABŞ 2015-ci ildən YPG-yə təlim keçir. Qeyd edək ki, ABŞ-ın Suriyanın şimalında qurduğu 18 bazada ümumilikdə 2 min hərbi qulluqçu xidmət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   YPG  


Bizi "telegram"da izləyin