DİN əməkdaşlarının maaşlarının artırılması ilə bağlı sərəncam qüvvəyə minib

2019/06/14760-1561817511.jpg
Oxunub: 9100     09:52     01 Sentyabr 2019    
Prezident İlham Əliyev iyunun 18-də imzaladığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam bu gün qüvvəyə minib.

Ordu.az xəbər verir ki, sərəncamla sentyabrın 1-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Dövlət başçısının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatının vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılması ilə bağlı sərəncam da bu gün qüvvəyə minib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DİN  


Bizi "telegram"da izləyin