Ermənistan ordusunun 4 əsgəri zabiti döydüklərinə görə saxlanılıb

2019/02/0aca7-1550233682.jpg
Oxunub: 26524     22:18     31 Avqust 2019    
Ermənistanın hüquq-mühafizə orqanları zabitin döyülməsi faktı üzrə 4 əsgəri saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Naira Harutyunyan öz "Facebook" səhifəsində bildirib.

O qeyd edib ki, İstintaq Komitəsinin araşdırdığı cinayət işi çərçivəsində icbari hərbi xidmətdə olan dörd hərbi qulluqçu bir qrup şəxs tərəfindən rəisə qarşı zorakılıq hərəkətlərinin edilməsi və ya sağlamlığa orta dərəcəli xəsarət yetirilməsi maddəsi ilə şübhəli şəxs kimi saxlanılıb.

Harutyunyanın sözlərinə görə, hərbçilərdən biri, həmçinin "Hərbi qulluqçunun təhqir edilməsi" maddəsi üzrə cinayət əməlində şübhəli bilinir.

Həmin maddələr üzrə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Cinayət  


Bizi "telegram"da izləyin