Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iştirak edən ölkələrin hərbi qulluqçuları artıq hərbi texnikanı qəbul edib və ortaya çıxa biləcək problemlərin aşkarlanması, müəyyən nasazlıqların və qeyri-dəqiq məlumatların aradan qaldırılması məqsədi ilə fəal məşqlər keçirirlər.
“Döyüş birliyi-2019” təliminə müasir hava hücumundan müdafiə və aviasiya vasitələri cəlb edilib. Məşqlərdə erməni hərbi qulluqçular da iştirak edir.
Təlimin rəsmi açılış mərasimi sentyabr ayının 2-də baş tutacaq.
Alpər Mövludoğlu
Ordu.az