Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə müxtəlif tədbirlər keçirilib

2019/08/15672-1567246154.jpg
Oxunub: 28850     14:20     31 Avqust 2019    
Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü müxtəlif tədbirlərlə yadda qalıb.

Bayram ölkənin bir çox bölgələrində möhtəşəm konsert proqramları ilə qeyd edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və dövlət rəsmiləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını–Anıtqəbiri ziyarət ediblər.

Paytaxt Ankarada Türkiyə Böyük Millət Məclisi binasının qarşısından köhnə məclis binasınadək təntənəli yürüş təşkil edilib. Ölkənin bir çox şəhərində yürüşlər keçirilib.

İstanbulun məşhur “Haydarpaşa” vağzalında Mapping 3D işıq cihazları vasitəsilə zəfər günü canlandırılıb. Eyni zamanda, Taksim meydanında yerləşən Rəqəmsal Göstəriş Mərkəzində "30 avqust - Zəfərə gedən yol" mövzusunda sərgi təşkil edilib. Hərbi gəmilər vətəndaşların ziyarəti üçün açılıb.

Ölkənin Milli Müdafiə Nazirliyi Zəfər bayramının 97-ci ildönümü münasibətilə Türkiyə Silahlı Qüvvətlərinin fəaliyyətinə dair film hazırlayıb. Bayram Manisa şəhərində 970 metrlik türk bayrağının açılması ilə qeyd edilib.(AZƏRTAC)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TBMM   Haydarpaşa   Zəfər-bayramı  


Bizi "telegram"da izləyin