“Bəlkə Paşinyan Moskvadan sarı kartın kənarını görərək, peşman olub?” - Aşotyan

2019/08/Armen-1566203855.jpg
Oxunub: 602     14:40     31 Avqust 2019    
“Nikol Paşinyanın fərdi və siyasi baxımdan ən zəif yeri xarici siyasətdir. Bu insanlar bugünədək, hakimiyyət dövrünün bir il yarım keçməsindən sonra, öz sözləri ilə desək, inqilab hesabına xarici aləmə Ermənistanın dövlət maraqlarını sata biləcəklərini fikirləşirlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Respublikaçılar” partiyasının sədr müavini Armen Aşotyan deyib.

Onun sözlərinə görə, Paşinyan düşdüyü biabırçı vəziyyətdən xilas olmaq üçün hər yola əl atır.

“Həftələr sonra, indiki hakimiyyətin, xüsusilə xarici siyasət sahəsində eyni şeyi deməyə və dediyimi yeni-yeni nümunələrlə bəzəməyə fürsət verdiyinə dair fikrimi təsdiqləyirəm. Nikol Paşinyanın fərdi və siyasi baxımdan ən zəif yeri xarici siyasətdir. Bu insanlar bu günədək, hakimiyyət dövrünün bir il yarım keçməsindən sonra, öz sözləri ilə desək, inqilab hesabına xarici aləmə Ermənistanın dövlət maraqlarını sata biləcəklərini fikirləşirlər. Ona görə ki, biz demokratik ölkəyik. Səfirlərin toplanışı zamanı Paşinyan bu baxımdan biabırçı vəziyyətə düşüb. Bununla da xarici siyasəti bacarmadığını bir daha nümayiş etdirib”, - deyə o qeyd edib.

Aşotyan, Ermənistanda xarici siyasət sahəsində inqilabın kapitallaşdırılmasına nail olmağın mümkün olmadığını və bundan sonra da olmayacağını diqqətə çatdırıb: “Əgər sən Ermənistanda demokratik inqilab həyata keçirmisənsə, deməli bundan sonra, erməni əhalini heç bir təhlükə gözləmədiyini fikirləşmək uşaqlıqdır. Qarabağ münaqişəsinin nizamlanmasından başlamış Ermənistan-Rusiya münasibətlərinə, ABŞ və Avropa İttifaqı, İran və Çin istiqamətlərində bu hökumətin heç bir nailiyyəti yoxdur. Rusiya-Ermənistan münasibətlərində hər həftə aydın nəzərəçarpan yeni qırışlar yetişir. Hökumətimizin qazandığı uğurlar o qədər açıq büruzə verir ki, hətta hakim partiyaya dəstək verən partiyaların rəhbərləri belə xarici siyasətin əsas uğurlarının əvvəlki hakimiyyətə aid olduğunu söyləyir. Bu günlərdə bunu parlamentdə bir daha eşitdik.

Rus mətbuatında Paşinyanın Polşada baş tutacaq beynəlxalq iqtisadi forumda öz iştirakını Rusiya prezidenti Vladimir Putinin lehinə təsdiq etməməsi ilə bağlı məqalələrin dərc olunmasına münasibət bildirərkən o belə deyib: “Erməni tərəfinin ilk vaxtlarda öz iştirakını təsdiq etdiyinə əminsiniz, elə deyilmi? Əgər əvvəlcədən iştirak etmə barədə məlumat təsdiqlənməsəydi, bu konfransın rəsmi saytında Ermənistan Baş nazirinin adı qeyd edilməzdi. Ola bilər ki, Paşinyan daha sonra Moskvadan sarı kartın kənarını görüb və peşman olub. Bu məsələni tam Polşa forumunun özü ilə əlaqələndirmirəm. İndiki hakimiyyət hesablama belə apara bilmir. Əlbəttə, Ermənistan həmişə öz strateji müttəfiqliyini və əksinə olan fəaliyyətini Rusiya ilə aparmalıdır. Bu şübhəsizdir, lakin bu hökumət hesablama aparmağı bacarmır”.

Paşinyanın sözçüsü tərəfindən “bütün dəvətlər təsdiqlənmir”, deyə verilən açıqlamaya Aşotyan belə reaksiya verib.

“Əminəm ki, ilkin razılaşma olub, daha sonra peşman olublar. Üstəlik deyim ki, Paşinyanın administrasiyasından hətta jurnalistlərə zəng edərək, tədbiri işıqlandırmaq üçün kimlərin gedəcəyini dəqiqləşdiriblər. Yəni Baş nazir Polşaya getmək istəyirdi. Bu barədə ən azı onlarla jurnalist bilir”, - deyə, “Respublikaçılar” partiyasının sədr müavini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aşotyan   Paşinyan   Polşa  

“Bəlkə Paşinyan Moskvadan sarı kartın kənarını görərək, peşman olub?” - Aşotyan

2019/08/Armen-1566203855.jpg
Oxunub: 603     14:40     31 Avqust 2019    