Ermənistanda daha bir hərbi qulluqçu qəza törətdi - 79 yaşlı sakin ölüb

2019/04/v-iva-1555072119.jpg
Oxunub: 30695     13:19     31 Avqust 2019    
Dünən Ermənistanın Armavir vilayətində hərbi qulluqçunun iştirakı ilə daha bir ağır qəza baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 20:30 radələrində Sardarapat kənd sakini, 28 yaşlı K. İvan idarə etdiyi “Opel” markalı “34 MՍ 121” nömrəli avtomobillə Sardarapat-Norapat avtomobil yolunun 1-ci km hissəsində Sardarapat kənd sakini, 79 yaşlı P. Rayisanı vurub.

Zərərçəkmiş şəxs ağır vəziyyətdə “Armavir” tibb mərkəzinə yerləşdirilib və növbəti gün, saat 08:45 radələrində orada ölüb.

Məlumata görə, baş vermiş hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.

Qeyd olunur ki, sürücü K. İvan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir və ona qarşı açılmış cinayət işi Ermənistan İstintaq Komitəsinin Armavir Regional İstintaq İdarəsinə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza   Ölüm  


Bizi "telegram"da izləyin