Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 20:30 radələrində “BMW” markalı 35 “XG 957” nömrəli avtomobilin sürücüsü Stepanavan-Taşir avtomobil yolunda - Stepanavan inzibati ərazisində hərəkət zolağından çıxaraq yaxınlıqda yerləşən binanın metal hasarına çırpılıb və aşıb.
Məlumatlara görə, qəza nəticəsində sürücü Stepanavan tibb mərkəzinə yerləşdirilib.
Qeyd edilir ki, sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.
Alpər Mövludoğlu
Ordu.az