Ermənistan Rusiyaya qarşı hibrid müharibə elan edib – Roqozin hədəfdə

2019/08/445-1567239885.jpg
Oxunub: 1529     12:23     31 Avqust 2019    
“Roskosmos”un rəhbəri Dmitri Roqozin, Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə türk kosmonavtını kosmosa göndərməyi təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif yazısı dərc olunub.

Müəllifə görə, Rusiya-Türkiyə münasibətləri həqiqətən bənzərsiz və görünməz hala gəlib.

“Hələlik, ikitərəfli münasibətlər yüksəliş mərhələsindədir və Putin Ankaraya Su-57, Putinin razılığı və ya bu barədə xəyalı əsasında isə Roqozin kosmosu təklif edir. Burada Roqozinin rolu maraqlıdır, çünki Türkiyəyə kosmosda yer ayıran Rusiya Baş nazirinin keçmiş müavini və “Roskosmos”un rəhbəri, Ermənistan Müdafiə Nazirliyini məhkəməyə verib ”, - deyə məqalə müəllifi bildirib.

Rusiya silah istehsalçısı ORSIS şirkəti Ermənistan Müdafiə Nazirliyini məhkəməyə verərək silah tədarükü üçün tenderin əsaslandırılmadan ləğv edildiyini bildirib. Rusiya şirkətinin bildirdiyinə görə, yalnız Rusiya şirkəti həmin milyonlarla dollarlıq təklifin tələblərini yerinə yetirib, lakin sonra naməlum səbəblərdən təklif ləğv edilib. Ermənistan İstintaq Komitəsi Rusiya şirkətinin müraciəti əsasında cinayət işinin açıldığını təsdiqləyib. Ermənistan Müdafiə Nazirliyi hələlik məsələyə münasibət bildirməyib.

Müəllif qeyd edib ki, ORSIS şirkəti istintaq jurnalistikasını Dmitri Roqozin ilə əlaqələndirir.

“O, aprel döyüşləri zamanı Bakıda silah tədarükü ilə bağlı gərgin müzakirələri davam etdirən və bu şəkildə Ermənistandan şikayətçi olan, İrəvanda “dil köpüklənməsi”nin başladığını söyləyən, həmin Roqozindir. Roqozin həmin dövrdə hərbi sənayeyə cavabdeh idi. İndi buna görə məsuliyyət daşımır və “Roskosmos”a rəhbərlik edir. Rusiya mediasında onun fəaliyyətindəki korrupsiya riskləri, dövlət proqramları vasitəsi ilə çirkli pulların yuyulması ilə bağlı bir sıra yazılar dərc edilib. Aydın məsələdir ki, Roqozin Rusiyadakı Türkiyə-Azərbaycan lobbisinin bir elementidir və Ermənistana qarşı fəaliyyət göstərir. O, eyni zamanda Türkiyəyə “kosmos”un hədiyyə edilməsi fonunda təkcə Ermənistan Müdafiə Nazirliyinə qarşı cinayət işinin açması ilə yox, həm də Müdafiə naziri David Tonoyanın Ermənistanın hərbi-texniki nailiyyətləri barədə danışarkən verdiyi hərbi sürpriz barədə açıqlaması ərəfəsində bunu edir.

Maraqlıdır ki, Ermənistana qarşı “ORSIS” şirkətinin iddiası əslində Moskvada Tonoyan-Şoyqu görüşündən sonra baş verdi. Həmin görüşdə Ermənistanın ən yeni, müasir silahlar əldə etməsi məsələsi müzakirə edilib. Roqozinin müraciətinin Ermənistan Müdafiə Nazirliyinə sürpriz olub-olmadığını söyləmək çətindir. İstənilən halda, hələ aprel döyüşləri ilə “yandırılmış” rus dəstəsinin Azərbaycan oyun kartları Ermənistanda yaxşı tanınmalıdır”, - deyə məqalə müəllifi açıq-aşkar Rusiyaya qarşı ittihamlar yağdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Hibrid-müharibə  

Ermənistan Rusiyaya qarşı hibrid müharibə elan edib – Roqozin hədəfdə

2019/08/445-1567239885.jpg
Oxunub: 1530     12:23     31 Avqust 2019    