Erməni əsgərin komandirinə sui-qəsd təşkil etməsindən DETALLAR

2019/08/15211-1567235975.jpg
Oxunub: 23273     15:18     31 Avqust 2019    
İctimai marağı və son günlərdə müddətli erməni hərbi qulluqçu Volodya Hamleti Qaloyanın ölüm hadisəsinə görə, istintaq aparılan cinayət işi üzrə sonuncuya status verilməməsi ilə bağlı bəyanatları nəzərə almaqla bildiririk ki, Ermənistan Cinayət Məcəlləsinin 34-104-cü maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət V. Qaloyan tərəfindən həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.

Məlumata görə, Qaloyan döyüş mövqeyinin sığınacağına yaxın ərazidə ona təhkim olunmuş “AK-74” tipli avtomat tüfəngindən döyüş mövqeyinin başçısına tərəf atəş açıb, lakin Qaloyanın cinayəti onun iradəsindən asılı olmayaraq sona çatmayıb.


Yuxarıda göstərilənləri nəzərə alaraq, Qaloyan cinayət işi üzrə zərərçəkən kimi tanınmayıb və onun tərəfindən həyata keçirilmiş cinayətkar əmələ hüquqi qiymət verilməsi məsələsi müzakirə olunur.

Onu da qeyd edək ki, icraatı həyata keçirən orqan hadisədən təxminən 20 gün sonra Qaloyanın atası H. Qaloyanla telefon əlaqəsi saxlayıb və şahid kimi dindirilməyi təklif edib, lakin sonuncu bundan imtina edib.

Bundan sonra, 25.08.2019 tarixində H. Qaloyan Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə şahid kimi dəvət olunub, lakin sonuncu yenidən imtina edib və bildirib ki, yalnız zərərçəkmiş şəxsin hüquqi varisi statusunu aldıqdan sonra ifadə verəcək.

Cinayət işi üzrə ilkin istintaq davam edir.

Xatırladaq ki, 2019-cu ilin iyul ayının 23-də saat 22:55 radələrində "N" nömrəli hərbi hissənin döyüş mövqeyində müddətli xidmət hərbi qulluqçusu əsgər Volodya Qaloyanın meyiti aşkar edilib. Daha sonra ibtidai istintaq orqanı hadisənin detallarını müəyyən edib. Məlum olub ki, müddətli xidmət hərbi qulluqçusu əsgər Qaloyan özünə təhkim edilən “AK-74” tipli avtomatdan döyüş postunun başçısı istiqamətinə ardıcıl atəş edib, lakin cinayəti başa çatdıra bilməyib.

Atəş açdıqdan dərhal sonra Valodya Qaloyan özünə təhkim edilən “AK-74” tipli avtomatla bərabər postun ərazisini tərk edib. Bundan sonra 2019-cu ilin iyul ayının 24-ü saat 04:20 radələrində döyüş postunun müşahidə məntəqəsindən təqribən 50 m uzaqlıqda onun meyiti aşkar edilib.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin