Səfir: “Türkiyə Gürcüstan və Azərbaycanla bölgənin daha sabit olması üçün birgə çalışmağa hazırdır”

2019/08/20180-1567231442.jpg
Oxunub: 29382     10:20     31 Avqust 2019    
“Türkiyə Gürcüstan və qardaş Azərbaycan kimi tərəfdaşlarla bölgənin daha təhlükəsiz və sabit olması üçün birgə çalışmağa hazırdır”.

Bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Zəfər bayramı ilə əlaqədar təşkil olunan rəsmi qəbulda çıxışı zamanı bildirib.

Diplomat Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyini ifadə edib.

Tədbirdə çıxış edən Gürcüstanın müdafiə naziri Levan İzoria Türkiyəyə ölkənin NATO-ya inteqrasiyasına göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Nazir Gürcüstan və Türkiyənin strateji tərəfdaş olduğunu qeyd edərək, iki ölkə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.

Rəsmi qəbulda diplomatik korpusun nümayəndələri, Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov da iştirak edib. (Report)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Türkiyə   NATO  


Bizi "telegram"da izləyin