Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 14:40 radələrində Araqatsotn vilayəti sakini, 32 yaşlı N. Qurqen idarə etdiyi "Mercedes" markalı 15 GN 500 nömrəli avtomobillə Marqara-Vanadzor-Taşir avtomobil yolunun 32 km hissəsində Sasunik kənd sakini, 13 yaşlı E. Armeni vurub.
Məlumatlara görə, yaralı sakin Aştarak tibb mərkəzinə aparılıb. Qəzaya məruz qalmış şəxs Aştarak tibb mərkəzindən huşsuz vəziyyətdə İrəvanın "Müqəddəs Ana Allah" tibb mərkəzinə köçürülüb. Bir neçə sonra isə orada ölüb.
Baş vermiş hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Məlumatlara görə, sürücü N. Qurqen Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət edir.
Alpər Mövludoğlu
Ordu.az