Hərb Oyunları Mərkəzində komanda-qərargah təlimi keçirilir - VİDEO

2019/08/b19f7-1567169728.jpg
Oxunub: 12528     16:50     30 Avqust 2019    
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təlimdə əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə mövcud qüvvələrin və ehtiyatların tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Təlimə cəlb olunan heyət simulyasiya sistemləri vasitəsilə döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz, bacarıqla və qətiyyətlə idarə edilməsi üzrə tapşırıqları icra edirlər.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-oyunlar   Təlim  


Bizi "telegram"da izləyin