Ordu.az xəbər verir ki, bu sözləri Ermənistan “Respublikaçılar” partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.
“Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron bəyanat verib ki, beynəlxalq əlaqələrin fəaliyyət göstərən sistemini yenidən nəzərdən keçirmək lazımdır, çünki demokratiya xələl gətirib. Emanuel Makron eyni zamanda vurğulayıb ki, kapitalizm də pozulub. Rusiya Federasiyasının xarici siyasətində demokratiya heç vaxt əsas amil olmayıb. Üstəlik, Rusiya beynəlxalq arenada “demokratik” kimi brendləşməyə çalışan dövlətə şübhə ilə yanaşıb. ABŞ-ın hazırkı prezidenti Donald Trampın rəhbərliyi altında ABŞ xarici siyasəti maksimal praqmatik olub və demokratiya vurğusu ilə keçmiş yanaşmalar artıq ABŞ-ın qlobal siyasətində prioritet deyil”, - deyə Aşotyan bildirib.
O qeyd edib ki, Trampın əlini sıxmağa nail ola bilməyən Paşinyan ondan necə kömək gözləyə bilər?
“Beləliklə, Tramp bu ilin iyun ayında Varşavada olarkən və jurnalistlərin suallarını cavablandırarkən söyləyib ki, Polşadakı demokratiya vəziyyəti ilə maraqlanmır. Ermənistanın xarici siyasəti üçün 1 nömrəli cavabdeh şəxs Nikol Paşinyan bu fonda bəyan etdi ki, demokratiya xarici siyasətdə Ermənistanın vizit kartı olmalıdır.
İndi sual.
Əgər ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinin ümumdünya oyununda bu kimi yanaşmaları varsa, o zaman Ermənistan Qarabağ münaqişəsində “demokratik bayraqla” maksimal ermənipərəst həllə necə çatacaq və iki “erməni dövləti”nin təhlükəsizliyini necə gücləndirəcək?
P.S. Ölkə daxilində hələ də öz tostlarınızı içə və ondan zövq ala bilərsiniz, lakin dövləti təmsil edərkən sərxoşluqdan çıxın”, - deyə erməni sədr müavini vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az