“Azərbaycan Gürcüstanla sıx hərbi əməkdaşlığa daxil olmağa çalışır” - Erməni hərbi ekspert nədən qorxur?

2019/08/2f8fd-1567164482.jpg
Oxunub: 26949     17:02     30 Avqust 2019    
“Azərbaycan əvvəlcə hərbi qüvvələr, bundan sonra isə hərbi düşərgələr üçün meşə, dağ və əlverişsiz hava şəraitində istiqamətlənmə təlim məşqlər keçirib”.

Ordu.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Karen Hovhannisyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan 2016-cı ilin aprel döyüşlərindən sonrakı illərdə hərbi siyasətini kəskin şəkildə dəyişib.

“Əgər o, əvvəllər vurğunu yalnız hərbi texnika və silah-sursatın alınması üzərinə qoyurdusa, indi onun genişlənmiş hərbi siyasət apardığını söyləmək olar. Hər şeydən əvvəl, o, hərbi əməkdaşlıq çərçivələrində artıq Gürcüstanla çoxlu sayda birgə hərbi təlimlər keçirib və keçirir. Azərbaycan Gürcüstanla sıx hərbi əməkdaşlığa daxil olmağa çalışır”, - deyə Hovhannisyan bildirib.

O qeyd edib ki, Azərbaycan aprel döyüşlərində demək olar ki, bütün arsenalını (əslində bir qismini-red.) işə saldı.

“Bu il artıq üçüncü dəfə keçirilən bir təlim məşqinin xarakteri də maraqlıdır, bu, əvvəllər heç vaxt olmayıb. Azərbaycan əvvəlcə hərbi qüvvələr, bundan sonra isə hərbi düşərgələr üçün meşə, dağ və əlverişsiz hava şəraitində istiqamətlənmə təlim məşqləri keçirib. Bir neçə gün bundan əvvəl də yarış tədbiri keçirildi. Bir qayda olaraq, bu məşqi xüsusi təyinatlı dəstələrin üzvləri keçir”, - deyə erməni hərbi ekspert təşvişini gizlədə bilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Təlim  


Bizi "telegram"da izləyin