Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “İnsan hüquqları naminə jurnalistlər” ictimai təşkilatının rəhbəri Janna Aleksanyan bildirib.
Onun sözlərinə görə, yeni hökumətin rəhbərliyi altında bu cür vəziyyəti təsəvvür etmək mümkün deyil.
“Məni o fakt təəccübləndirir ki, bir ay ərzində orduda 4-5 ölüm hadisəsi qeydə alınıb, lakin hər hansısa cavab verilmir. Deyəsən, bu ölkə üçün normal qəbul edilir ki, öldürməlidirlər və heç kim buna görə cavab verməməlidir? Baş nazir nə düşünür?”,- deyə Aleksanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az