İrəvan narazıdır: “Əslində Rusiya təhlükəsizlik üzrə türk attaşesi rolunu oynayır”

2019/08/1-1567162622.jpg
Oxunub: 903     17:54     30 Avqust 2019    
“Nə qədər qəribə səslənsə də, Rusiyanın rolu Ermənistanın əlindədir. Lakin, bunun üçün Ermənistanın da öz rolunu ifa etməsi vacibdir”.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində Hakop Badalyanın müəllif yazısı dərc olunub.

Müəllifə görə, SSRİ dağıldıqdan sonra Ermənistanın çevrəsində təhlükəsizlik regional mühitinin formalaşdırılması məsələsində ABŞ böyük rol oynayıb.

“Qafqazdakı təhlükəsizlik sistemi praktiki olaraq, böhran anını yaşayır. Qafqazda rus-türk müqaviləsi məntiqi əsasında formalaşan təhlükəsizlik sistemi, Qarabağ müharibəsindən sonra tamamilə yenidən formalaşıb. Bununla yanaşı, Ermənistanın təhlükəsizlik baxımından təşkil edilmiş yeni sistemi tam formalaşmayıb. Realda Qafqazdakı təhlükəsizliyin zəmanətçisi Rusiya olsa da, bu təhlükəsizliyi Ermənistanın təmin edir. Onun fikrincə apreldə baş verən müharibə Rusiyanın təhlükəsizlik qarantı kimi rolunun zəiflədiyini və Türkiyə-Azərbaycan tələsinə düşdüyünü ortaya qoyub”, - deyə müəllif bildirib.

Müəllif iddia edir ki, Rusiyanın rolu Ermənistanın əlindədir, lakin Ermənistanın öz rolunu ifa etməsi mümkün görünmür, çünki bu məsələdə açar ABŞ-ın əlindədir: “Əslində Rusiya təhlükəsizlik üzrə türk attaşesi rolunu oynayır. Nə qədər qəribə səslənsə də, Rusiyanın rolu Ermənistanın əlindədir. Lakin bunun üçün Ermənistanın da öz rolunu ifa etməsi vacibdir. Lakin bu məsələdə açar ABŞ-ın əlindədir. Ona görə ki, Ermənistanın tək şəkildə indiki mövcud regional mühitdə fəaliyyət göstərməsi qeyri-mümkündür. 25 il ərzində Ermənistanı müxtəlif istiqamətlərdə zəiflədiblər. Yenidən dirçəlmək üçün Ermənistana bir tərəfdən ümumerməni həmrəyliyi, digər tərəfdən güclü müttəfiq dəstəyi lazımdır. Bu dəstək yalnız hərbi-texniki deyil, eyni zamanda hərbi-siyasi dəstək olmalıdır. Realda ABŞ-ın Ermənistana müttəfiqlik dəstəyinin yeni dalğası aprel müharibəsindən əvvəl, ikincisi isə müstəqillik və müharibə mərhələsindən sonra olub. Müharibəyə əl atmaqla, Ermənistan-ABŞ de-fakto müttəfiqliyinə türk tərəfi zərbə vurub”.

Müəllif hesab edir ki, Rusiya problemləri və zəifləməsi ucbatından Ermənistan-ABŞ de-fakto müttəfiqliyinə az müqavimət göstərməyə başlayıb.

“2015-ci ilin may ayında Serj Sarkisyan Vaşinqtonda ABŞ administrasiyasının “şahinləri” səviyyəsində qəbul edildikdən sonra məlum oldu ki, ittifaq kifayət qədər müharibəni ən azı qısa müddət ərzində qarşısını ala biləcəyi fürsəti əldən verib. Aprel döyüşlərindən sonra ABŞ, Vyana gündəliyini ortaya saldı. Vyana gündəliyi müxtəlif formalara salınmasına baxmayaraq, proseslərin başında gəlməkdə davam edir. Bunun açıq sübutu 2019-cu ilin iyun ayında Vaşinqtonda, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü olub.

Rusiya getdikcə Ermənistan-ABŞ de-fakto müttəfiqliyinə az müqavimət göstərməyə başlayıb. Buna səbəb bir tərəfdən öz problemləri və zəifləməsi olsa da, digər tərəfdən müəyyən dairələrdə Rusiya Federasiyası üçün qərarların qəbul olunmasında həmin ittifaqın xilasedici rol oynadığını dərk etməsidir. Bununla bərabər Rusiya daxilində Türkiyə-Azərbaycan lobbisinin təsiri əhatəsində müqavimətin artdığı hiss edilir. ABŞ Ermənistanla formal mürəkkəblik nəzərə alınmadan müttəfiqlik etməyə davam edir. Ermənistan-ABŞ de-fakto əməkdaşlığının qarantı, eyni zamanda Qafqazda Rusiyanın rolunun qorunması qarantı rolunda da çıxış edir. Ermənistan-ABŞ münasibətlərinə Amulsar qızıl mədəninin hansı təsiri göstərəcəyi məlum deyil. Bununla bağlı ABŞ-ın Ermənistandakı səfirləri mütəmadi olaraq maraq nümayiş etdirirlər” - deyə müəllif sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

İrəvan narazıdır: “Əslində Rusiya təhlükəsizlik üzrə türk attaşesi rolunu oynayır”

2019/08/1-1567162622.jpg
Oxunub: 904     17:54     30 Avqust 2019    