Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Erməni nəşrinə görə, Paşinyan Trampla görüşə bilmədiyinə görə səfirləri günahlandırır və onları tənbeh edir.
“Nikol Paşinyan bir neçə gün bundan əvvəl səfirlik toplantısı zamanı “off the record” rejimində səfirləri tənbeh edib ki, bizim iqtisadiyyatımız üçün heç nə etmir, investisiyalar gətirmir, səfirliyimiz olan ölkələrlə ticarət dövriyyəsini və iqtisadi əlaqələri inkişaf etdirmirsiniz. Sizi nə üçün saxlayırıq? Bu qədər pul xərcləyirik.
Qeyri-müəyyən şikayətlər səslənib, lakin iştirakçıların təəssüratı ilə Baş nazirin qəzəbi əsasən ABŞ-dakı Ermənistan səfiri Varujan Nersisyana yönəlib, əsas səbəb isə investisiyaların yoxluğu məsələsi deyil. Belə ki, ABŞ-ın ali rəhbərliyi, xüsusilə də ABŞ prezidenti və ya dövlət katibi ilə Paşinyanın görüşünə nail olunmayıb. Cavab olaraq bizə dedilər ki, yaşlı səfirlər diplomatik şəkildə Baş nazirə tərif yağdırıblar və bundan sonra onun əsəbi sakitləşib”, - deyə “Hraparak bildirib.
Alpər Mövludoğlu
Ordu.az