Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin keçmiş deputatı, general-mayor Seyran Saroyan sabiq Müdafiə naziri Mikayel Harutyunyanın Ermənistandan “qaçması barədə” yayılmış məlumatlara toxunarkən deyib.
Onun sözlərinə görə, günhakarın olub-olmaması barədə heç kimdə dəqiq məlumat yoxdur.
“İnsanların öz həqiqətləri var, bu sualı onların özlərinə vermək lazımdır, əgər günahkar yoxdursa, o zaman nə üçün qaçıb?”, - deyə Saroyan bildirib.
Saroyan söhbət əsnasında “1 Mart” hadisələrinə də toxunaraq əlavə edib ki, o, həmin vaxt dostu general-leytenat Manvel Qriqoryanla birlikdə evə gedib.
Xatırladaq ki, Ermənistanın sabiq müdafiə naziri general-polkovnik Mikayel Harutyunyan İrəvandakı 2008-ci il 1 mart hadisələri ilə açılan cinayət işi çərçivəsində axtarışdadır.
Alpər Mövludoğlu
Ordu.az