Ordu.az xarici KİV-lərə itinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Putin və Makron danışıqlar zamanı bir çox regional münaqişələrə toxunub.
"Rusiya və Fransa prezidentlərinin danışıqları tutumlu, konkstruktiv və inamlı keçib. Görüşlərin əsas müzakirə mövzusu "Normandiya formatı" sammitinin perspektivləri, Suriyadakı vəziyyət, regional münaqişələr - Balkanlar, Dağlıq Qarabağ, eləcə də iqlim və Arktikanın mənimsənilməsi olub. Danışıqlar ümumilikdə müsbət keçib", - deyə Peskov qeyd edib.
Sevinc Əliyeva
Ordu.az