ABŞ Prezidenti Ukrayna müharibəsindən danışıb: Razılaşmaya yaxınlaşırıq

2026/01/1769008045.jpg
Oxunub: 195     23:32     05 İyun 2026    
Amerika administrasiyasının bütün əsas nümayəndələri Ukraynadakı münaqişənin həlli prosesində iştirak edəcəklər.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Vaşinqtondan Viskonsinə gedərkən təyyarəsində jurnalistlərlə söhbətində bildirib.

ABŞ Prezidenti həmçinin sülh razılaşmasının əldə edilməsinin mümkünlüyünə əminliyini ifadə edərək, danışıqlar prosesinin nəticəyə yaxınlaşdığını qeyd edib.

"Hesab edirəm ki, bu işləyəcək. Razılaşmaya yaxınlaşırıq. Düşünürəm ki, bu işə yarayacaq", - ABŞ lideri vurğulayıb.

Onun sözlərinə görə, ABŞ artıq Ukraynaya pulsuz hərbi yardım göstərmir və təchizat kommersiya əsasında həyata keçirilir. Tramp həmçinin Ukraynadakı münaqişənin heç vaxt başlamamalı olduğunu bildirib və mövcud vəziyyəti qəbuledilməz adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin